O, küçə futbolçusudur - Qvardiola

"Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola 2024/25 mövsümündə sabitlik və çoxlu qol vurması ilə seçilməyən Cek Qrilişin çıxışını şərh edib. SİA xəbər verir ki, ispaniyalı mütəxəssis İngiltərə millisinin üzvü haqda bu sözləri deyib: “Cekin küçə anlayışı var. O, küçə futbolçusudur. Məşqçilərin tələbləri ucbatından indi futbolçular daha akademik olurlar. Qrealiş stadionda döyüşməyə öyrəşənlərdəndir. O, döyüşçüdür”. 29 yaşlı vinger bu mövsüm bütün turnirlərdə 23 oyun keçirib, 2 qol vurub və 5 məhsuldar ötürmə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə