Azərbaycan Basketbol Liqasında bu gün VI turun daha bir oyunu keçiriləcək. SİA-nın məlumatına görə, B qrupunda yer alan "Ordu" "Sumqayıt"la üz-üzə gələcək.

Qarşılaşma saat 19:00-da start götürəcək.

"Ordu" 8 xalla ikinci, "gənclik şəhəri" təmsilçisi 6 xalla sonuncu - altıncı pillədə qərarlaşıb.

Qeyd edək ki, ötən gün "Naxçıvan" "Neftçi"ni (83:72), "Sabah" isə "Sərhədçi"ni (67:64) məğlub edib.

Turun digər qarşılaşmaları 13-14 dekabrda gerçəkləşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə