Bizi sabah ağır matç gözləyir, güclü rəqibə qarşı oynayacağıq.
SİA xəbər verir ki, bu sözləri futbol üzrə Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli UEFA Millətlər Liqasının C Divizionunda səfərdə İsveç yığmasına qarşı keçirəcəkləri VI tur oyunundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
O, uğurlu nəticə qazanmaq üçün əllərindən gələni əsirgəməyəcəklərini bildirərək qeyd edib: “Düşünürəm ki, bu matçda xal qazanmaq üçün şansımız var. Sadəcə, öz oyunumuzu nümayiş etdirməliyik. Hücumçu kimi daha çox fərqlənmək istəyirəm. Amma əsas olan komandanın qələbə qazanmasıdır".
Qeyd edək ki, noyabrın 19-da "Strouberri Arena"da keçiriləcək İsveç- Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə