"Tarif Şurasının qiymət dəyişkənliyi" - EKSPERT ŞƏRH ETDİ

"Tarif şurası onun üçün yaradılıb ki, bilavasitə qiymətləri tənzimləsin". Bu sözləri SİA-ya açıqlamasında İqdisatçı-ekspert Eldəniz Əmirov deyib:

Onun sözlərinə görə, bütün dünyada olduğu kimi bizim ölkəmizdə də mal və məhsulların xidmətlərin bəlli bir qiymətləri olur: "Qiymətlərin eləsi olur ki, dövlət tənzimləyir, eləsi də olur ki, bazar tənzimləyir. Dövlətin tənzimlədiyi qiymətlərin məhz dövlət özü bir struktur bölmə vasitəsi ilə, hansısa bir qurum vasitəsi ilə, hansısa bir şura vasitəsi ilə tənzimləyir. Bizim ölkəmizdə də bu qiymətləri tənzimləyən qurumun adı "Tarif Şurası"dır. Tarif Şurası hər zaman var olacaq və hər zaman qiymətləri tənzimləyəcək. Ola bilər ki, nə zamansa adı dəyişdirilib başqa bir ad qoyulsun, fəaliyyət sahəsinə əlavə nələrsə daxil edilsin və yaxud da fəaliyyət sahəsindən müəyyən hüquqları alınsın. Amma bütün hallarda qiymətləri tənzimləmək üçün bütün ölkələrdə belə qurumlar vardır. Sadəcə, bəzi ölkələrdə bu qurumun səlahiyyəti genişdir, bəzi ölkələrdə isə bu qurumların səlahiyyəti məhduddur".

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə