Sağlam şəkildə sürətlə necə arıqlamaq olar? - ARAŞDIRMA

Sağlam şəkildə arıqlamaq üçün istər yavaş-yavaş, istərsə də tez bir zamanda kalori çatışmazlığı formalaşdırmalıyıq. Yəni, insan aldığından daha çox kalori sərf etməlidir. Kalori çatışmazlığı yaratmağın iki yolu var: yemək və idman. Yemək və fitnessi tamamlayan, tez və daimi olaraq arıqlamaq üçün ayrıca seçim olan 3-cü variant da var ki, bu əlavə məşq fəaliyyətidir.
Bəs əbədi olaraq arıqlamaq və çəki saxlamaq üçün nə etmək lazımdır? Təəssüf ki, heç bir pəhriz üçün tövsiyələrdə bu qeyd edilmir.

Bəs haradan başlamaq lazımdır? İlk növbədə hədəflərinizi müəyyənləşdirərək özünüz üçün arıqlama strategiyası seçmək və bir aydan sonra əldə olunan nəticəyə baxmaq lazımdır.
Arıqlamaq üçün kalori qəbulunu necə hesablamaq olar?

Bir çox dietoloqlar və nutritionistlər ölçmələrinə əsaslanan düsturlarla işləyirlər. Ancaq belə bir sınaqdan keçmək mümkün deyilsə, ən asan yol müşahidələr vasitəsilə orqanizmini dinləməkdir.
Niyə pəhrizlər nəticə vermir və insanlar illərlə idman zalına gedə bilirlər, amma çəki rəqəmləri dəyişmir?

Dietolog Ləman Süleymanova SİA-ya açıqlamasında sağlam şəkildə arıqlamağın sirlərindən danışıb: "İnsan ana bətnində olanda belə ana sağlam qidalanmalıdır ki, dünyaya gələcək körpə də sağlam qidalansın və sağlam formada inkişaf etsin. Hətta Allahın işarəsi var, ana südü insanın qəbul etdiyi ilk qidadır və tərkibi o qədər zəngin maddələrlə doludur. Fikir versək görərik ki, ana südü ilə normal qidalanan körpələr, onların sağlam həyatı, fiziki hərəkətləri çox yüksək dərəcədə inkişaf etmişdir. Bu, ona görədir ki, ana südü fiziki, mənəvi inkişafına təsir edir.

Normal inkişafı üçün, düzgün həyat səviyyəsinin ölçməsi üçün bizim qabımız dolmalıdır.

Təəssüflər olsun ki, bəzi adamlar müxtəlif pəhrizlərdən, arıqladan dərmanlardan istifadə edir, insan orqanizmə mənfi təsir göstərən və orqanizmə dağıdıcı zərbə vuran arıqladıcı kokteyl, zəhərli çaylar orqanizmə mənfi təsir edən preparatlar qəbul edir. Nədir bəs sağlam qidalanma? Sağlam həyat tərzi sürən insan nə etməlidir? Səhər duran kimi ilk öncə su limitini tənzimləməlidir və səhər yeməyinə başlamalıdır. Səhər yeməyi hər bir insan üçün çox vacibdir. Səhər yeməyi də 7-dən 9-a qədər qəbul etməlidir. Bu orqanizminin və sırf beyin yaxşı işlənməsi üçün vacibdir. Saat 11- dən 1 -ə qədər yüngül qidalara üstünlük vermək məsləhətlidir. Lakin 1-dən başlayaraq 1/2 aralığında günorta yeməyini mütləq qəbul etməlidir. Yaxşı olardı ki, bitki mənşəli və heyvani mənşəli protoin zülalı- ət yeməkləri saat 1-ə, 2-yə qədər təşkil etməlidir. Artıq ağırlaşma başlayanda biz artıq bitki mənşəli yeməklərə, daha rahat həzm olunan qidalardan yararlanmalıyıq. Bunlara tərəvəz şorbaları, bitki mənşəli salatlar daxildir.

Diyetalar müxtəlifdir, qarabaşaq (greçka) pəhrizi, qarpız pəhrizi bunlar insanların başını aldatmaq üçün yalan istifadə olunan qurmalardır. Biz pasiyentlərin reseptlərinə yağlılığı, duzluluğu öz yerində qeyd edirik. Onlar normal sağlam şəkildə qidalandığına bizi sevir. Sağlam arıqlayırlar və sağlam şəkildə çəkilərini qoruyub saxlayırlar. Bir çox yalançı dietalar var ki, ac qalırlar, bütün günü greçka yeyirlər və yaxud heç yemək yemirlər, bu zaman piy parçalanmır, sadəcə, şar kimi boşalır. Şarı necə ki, üfürəndə əvvəlki formaya qayıdır, eləcə də piy öz əvvəlki formasını bərpa edəcəkdir. Bunlara yalançı arıqlama deyilir. Sağlam arıqlama odur ki, insan hər şeyi yeyir, lakin sağlam şəkildə çəki də atır.

Piy parçalanmasına təəssüflər olsun ki, Azərbaycanda bir çox dietolog buna düzgün əməl eləmir. Çəki atmaq istəyənlər iki formada olur, sağlam qrup insanlar və qeyri-sağlam qrup insanlar var, hansı ki, o insanların ginetik olaraq quruluşu arıqdır və həmin insanlarda 30 yaşdan sonra dəyişiklik olur, elə xanımlar var ki, ailə qurandan sonra çəki alırlar. Belə insanlar sadəcə normal qidalanmalıdırlar, bəzən isə çoxlu qida, yemək qəbul edən insanlar da olur ki, çəki ala bilmirlər, yoxlayanda görürük ki, ağciyərdə piylənmə gedir. Kökələ bilməyən elə insanlar da var ki, çoxlu enerji sərf edin fiziki hərəkətdə olurlar, lakin yemək az qəbul edir.

Diyetoloqlar deyir ki, tərkibində D vitamini olan yumurtaya, balığa üstünlük verilməlidir: "Bununla yanaşı, D vitamini dərman preparatının qəbulu da məsləhətlidir. Eyni zamanda, sink, selen qəbulu tövsiyə olunur ki, bunlar daha çox yumurta, süd, günəbaxan, balqabaq tumundadır. Sink, selenium immun sistemini qoruyur. Qadınlarda saçın tökülməsi də elə sinkin azlığındandır".

Meyvə-tərəvəzlərin qəbulunun da arıqlamada, pəhrizdə xüsusi rolu var: "Gül kələmi, brokkolidə həddən çox vitaminlər var ki, bunlar həm də immun sisteminin bərpasına müsbət təsir edir. Ümumiyyətlə, arıqlamaq istəyənlər elə pəhriz saxlamalıdırlar ki, onlarda aclıq hissi yaranmasın. Yəni şəxsin gözü ac olmasın". Şirniyyatın kökəlməyə təsirindən danışan diyetoloq deyir ki, qadınların xüsusi günlərində şirniyyat yeməsi qəbulediləndir: "Bu dönəmdə 20-30 qram şirniyyat yemək olar. Bu zaman təmiz, keyfiyyətli, 75-80 faizlik şokoladlar yemək olar".

Məşqçi və idman ustası Zemfira Ələkbərli isə arıqlmaq üçün ilk növbədə düzgün rejim qurmaq lazım olduğunu bildirir. Bunlara həm qidalanmağımız, həm yuxu rejimimiz, həm də idmanımız daxildir. Bunların üçü də bir- birinə bağlıdır.

Biz düzgün qidalanmasaq, pəhrizimizi düzgün saxlamasaq istədiymiz nəticəni gec əldə edərik. Fitness ve Crossfit idman növü ilə məşğul olduğunuz zaman həm də dediyim kimi, pəhriz saxladığınız zaman və düzgün təlimçi ilə birlikdə arıqlaya bilərsiniz.

Əsasən xanımlar daha tez nəticə əldə etmək istəyirlər. Yalnız bir az səbrli olmaq lazımdır. Sağlam şəkildə arıqlamaq üçün davamlı olaraq məşqlər etmək və qidalanmağınıza fikir verdiyiniz zaman bu mümkündür. Yalnız bir az səbrli, həvəslə məşq etmək lazımdır. Bunu bir ilk növbədə, sağlamlıq kimi düşünmək lazımdır. Çünki idman sağlamlıqdır.

Həm idman, həm pəhriz, ikisi bir yerdə olmalıdır, bunlar bir-biri ilə bağlıdır və tamamlanmalıdır.
Ev şəraitində arıqlamaq üçün yalnız qidalanmağınıza fikir versəniz, artıq çəkidən azad olmaq olar. Amma idman bizim bədənimizi formada qalmağına kömək edir".

Havar Şəfiyeva

Bütün xəbərlər Facebook səhifəmizdə