Polina “əri”nə bənzəyən adamla çəkilmiş videoya münasibət bildirib...
...Dmitri Dibrovun həyat yoldaşı Polina teleaparıcıya bənzəyən kişinin yarıçılpaq qızın yanında çəkildiyi videoya münasibət bildirib.
SİA xəbər verir ki, onun sözlərini “Komsomolskaya Pravda” sitat gətirir.
Nəşrin məlumatına görə, video 27-28 iyul tarixlərində çəkilib. Və bir gün sonra məlum oldu ki, aparıcının həyat yoldaşı Polina onu tərk edir.
...Dmitri istedaddır, gözəl atadır, mənim, bizim böyük dəstəyimizdir. Biz əbədi ailəyik, lakin o, onun arxasınca getmələrinə, daim bəzi kolların, ağacların arxasında gizlənmələrinə öyrəşib, o, ulduzdur, - Polina Dibrova videonu şərh edərkən deyib.
Öz növbəsində Dibrovun vəkili Aleksandr Dobrovinski “başqalarının işinə burnunu soxmamağa” çağırıb və qeyd edib ki, videodakı müştərinin onun olub-olmaması onu qətiyyən maraqlandırmır.
Bundan əvvəl mətbuatda teleaparıcı Dmitri Dibrovun həyat yoldaşının ailənin dostu olan milyarder Roman Tovstikovla münasibətdə olması barədə xəbərlər yayılmışdı.
Avqust ayında vəkillər İrina Kuznetsova və Marina Dubrovskaya boşanma prosesində Polinanın maraqlarını təmsil edəcəklərini açıqladılar.
Vəkillər, iş zamanı "yalnız uşaqların maraqlarını" rəhbər tutacaqlarını vurğuladılar - cütlüyün onlardan üçü var.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə