"Flamingo" istehsalçısı yeni raketlərin hazırlanmasını elan edir

Uçuş məsafəsi - 855 km-ə qədər.

Ukraynanın "Fire Point" şirkəti iki yeni ballistik raketin - FP-7 və FP-9, eləcə də hava hücumundan müdafiə sistemlərinin hazırlanmasını elan edib.

SİA-nın məlumatına görə, Polşada keçirilən MSPO beynəlxalq sərgisində keçirilən mətbuat konfransında şirkət iki yeni ballistik raketin texniki xüsusiyyətlərini təqdim edib. FP-7 ballistik raketi yerüstü qurğudan buraxılacaq.

Əsas parametrlər:

-Mənzil - 200 km-ə qədər;

-Sürət - 1500 m / s-ə qədər;

-Uçuş müddəti - 250 saniyə;

-Uçuş hündürlüyü - 65 km;

-Maksimum yük - 150 kq;

- Dəqiqlik - 14 m.

“Fire Point”-in digər yeni inkişafı FP-9 raketidir ki, o da yerüstü qurğudan buraxılacaq. Onun xüsusiyyətləri əhəmiyyətli dərəcədə güclüdür:

-Mənzil - 855 km-ə qədər;

-Sürət - 2200 m/s;

-Uçuş hündürlüyü - 70 km;

-maksimum yük - 800 kq;

-uçuş müddəti - 520 saniyə;

-dəqiqlik - 20 m.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə