Su xidmətləri ilə bağlı ADSEA-ya daxil olan müraciətlərin sayı açıqlanıb

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) "ASAN xidmət", "ASAN kommunal" mərkəzlərinə və "KOB evi"nə bu ilin 8 ayı ərzində daxil olan müraciətlərin xidmət növlərinə görə statistikasını açıqlayıb.

SİA-nın məlumatına görə, ADSEA-dan bildirilib ki, statistikaya əsasən, 14 xidmət istiqaməti üzrə 127 min 841 müraciət daxil olub. Bu müraciətlər arasında ən çoxu "Abonent məlumatlarında dəyişiklik edilməsi", ən azı isə "Mexaniki sayğacların smart tipli sayğaclarla əvəz olunması ilə əlaqədar yeni smart kartların verilməsi" xidməti üzrə qeydə alınıb.

Ümumilikdə 122 min 303 müraciətə baxılıb və xidmət göstərilib, 5 min 538 abonentə isə müraciətlərinin tələblərə uyğun formalaşdırılması istiqamətində tövsiyələr verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə