...ABŞ 2030-cu illərin əvvəllərində Marsa astronavtlarla missiya göndərməyi planlaşdırır.
SİA-nın məlumatına görə, bu barədə ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) rəhbəri vəzifəsini icra edən Şon Daffi “Fox News” telekanalına müsahibəsində bildirib.
Bu missiya ilə ABŞ “ikinci kosmos yarışında” qalib gəlmək istəyir.
...Biz 30-cu illərin əvvəllərində Marsa çatmaq istəyirik və bu kritikdir... Marsa səkkiz aydan çox uçuş olacaq, sonra orada qalmalı, sonra geri qayıtmalısan", - deyən Daffi, Aya uçuş təcrübəsinin missiya zamanı astronavtların həyat dəstəyini təmin etmək üçün həlledici olacağını vurğuladı.
İyun ayında Santa Barbara Kaliforniya Universitetindən amerikalı alim Cek Kinqdon mövcud texnologiyadan istifadə etməklə Marsa uçuş müddətini 90-104 günə qədər azaltmağa imkan verən inqilabi üsul təklif etdi.
Bu, hazırkı Mars missiyalarından iki-üç dəfə sürətlidir. Əvvəllər Marsın təlatümlü keçmişinin izləri tapılmışdı.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə