İnsanlar xarici dilləri öyrənmək məcburiyyətində qalmayacaqlar...
...Şərq İqtisadi Forumunda "Rəqəmsal İpək Yolu: Rəqəmsal Texnologiyalar və Süni İntellekt Sferasında Rusiya və Çin" sessiyasında ekspertlər proqnoz veriblər ki, bir neçə ildən sonra süni intellektin inkişafı sayəsində insanlar xarici dilləri öyrənmək məcburiyyətində qalmayacaqlar - süni intellekt hər şeyi tərcümə edə biləcək.
Sessiya zamanı ekspertlər süni intellektin istifadəsi ilə bağlı yeni texniki inqilab dövrünün yaxınlaşması ilə bağlı razılığa gəliblər.
Belə ki, RUSAL-ın vitse-prezidenti Yelena Bezdeneşnıx qeyd edib ki, süni intellekt adi istehsalı yüksək səmərəli istehsala çevirməyə qadirdir.
...Alibaba Bulud Universitetinin baş direktorunun müavini He Binquan və PJSC "KIFA" Direktorlar Şurasının sədri Sun Tianşu buxar mühərrikləri ilə bəşər sivilizasiyasının inkişafına təsiri baxımından süni intellektni müqayisə ediblər.
...Biz indi yeni dövrə keçidin astanasındayıq. Rusiya, Çin və ABŞ süni intellektin inkişafına böyük sərmayə qoyurlar. Çində artıq 12 model fəaliyyət göstərir. Amma mənim fikrimcə, süni intellekt hələ də oyuncaq kimidir. Bəli, biz suallar verə və tez cavablar ala bilərik. Amma sənayedə konkret tətbiq hələ də uzaqdır.
SİA-nın məlumatına görə, bunu Sun Tianşu deyib.
Eyni zamanda rus dilində danışan çinli mütəxəssis süni intellektin dilləri tərcümə etməyi öyrəndiyini biləndə çox incidiyini zarafat edib. Axı onun özü 30 ildən artıq idi ki, rus dilini öyrənirdi.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə