Həftəsonu 18 avtomat, 4 tapança aşkarlanıb

Azərbaycanda həftəsonu polis əməkdaşları tərəfindən 18 avtomat silahı, 4 tapança aşkarlanaraq götürülüb.

Bu barədə SİA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yanvarın 17-də və 18-də polis əməkdaşları paytaxt, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 18 avtomat silahı, 4 tapança, 3 qumbara, 1 qumbaraatan, 30 tüfəng, 12 patron darağı və 492 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə