...Yeni Lancia Delta 2028-ci ildə debüt edəcək və İtalyan brendinin yenilənmiş modellər sırasında Ypsilon kompakt hetçbeki və Gamma krossoverindən sonra üçüncü model olacaq.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə motor.es yazır.
Dördüncü nəsil Lancia Delta təxminən 4,4 metr uzunluğunda olan kompakt C seqmentli hetçbek olaraq qalacaq.
Onun kəskin dizaynı 1980-ci illərdən qalma orijinal və məşhur Lancia Delta-nın ruhunda olacaq.
2028 Lancia Delta, Stellantis-in STLA Medium platformasına əsaslanacaq, yəni hetçbek öz platformasını qarşıdan gələn Peugeot 308 və yeni nəsil Opel Astra ilə bölüşəcək.
Qardaş modelləri kimi, yeni Lancia Delta da elektrikləşdirilmiş versiyalarda mövcud olacaq.
Yüngül hibridlər, qoşula bilən hibridlər və elektrikli nəqliyyat vasitələri gözlənilir.
1980-ci və 1990-cı illərdə olduğu kimi, ən yüksək səviyyəli model tam ötürücülü, yüksək performanslı HF Integrale olacaq, lakin bu dəfə elektrikli olacaq.
Təxminən 450 at gücü istehsal edən iki mühərrikli, tam ötürücülü sistemlə hazırlanır.
Xatırladaq ki, Lancia Delta HF Integrale ardıcıl altı dəfə WRC Dünya Çempionatını qazanaraq ralli əfsanəsinə çevrildi. Modelin üç nəsli 1979-cu və 2014-cü illər arasında (fasilələrlə) istehsal edilmişdir.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB