Hava şəraiti ilə əlaqədar yollarda görülən işlər açıqlanıb

Lənkəran–Lerik və Qobustan rayonunun Təklə—Sündü-Xilmilli avtomobil yollarında yağan qarın yolun hərəkət hissəsindən təmizlənməsi işləri aparılır.

SİA xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Məlumata görə, xüsusi texnika və canlı qüvvə cəlb olunmaqla yolun açıq saxlanılması təmin edilir, buzlaşma halların qarşısının alınması üçün zəruri tədbirlər görülür.

Bütün xəbərlər Facebook səhifəmizdə