“Qarabağ” – “Ayntraxt” oyununun hakimləri açıqlanıb

UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda "Qarabağ" və Almaniyanın "Ayntraxt" komandaları arasında keçiriləcək VII tur oyununun hakim təyinatları açıqlanıb.

SİA xəbər verir ki, qarşılaşma İsveçrədən olan hakimlər briqadasına tapşırılıb.

Baş hakim Sandro Şererə Stefan De Almeyda və Conas Erni kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Yohannes fon Mandaks yerinə yetirəcək. VAR-da Fedayi San, AVAR-da Lukas Fendrix olacaq.

Qeyd edək ki, yanvarın 21-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Ayntraxt” matçı saat 21:45-də başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə