...ABŞ prezidenti Donald Tramp Norveçin Baş naziri Yonas Qar Styoreyə məktub yazaraq, “Nobel” sülh mükafatını almadığı üçün artıq sülh haqqında düşünməyə borclu olmadığını bildirib.
SİA-nın məlumatına görə, məktubu PBS News jurnalisti Nik Şifrin bir neçə adı açıqlanmayan məmurdan əldə edib.
...Hörmətli Yonas, ölkənizin mənə səkkiz müharibəni dayandırdığım üçün “Nobe” sülh mükafatını verməmək qərarına gəldiyini nəzərə alsaq, artıq yalnız sülh haqqında düşünməyə borclu deyiləm, baxmayaraq ki, o, həmişə qalib gələcək, amma indi Amerika Birləşmiş Ştatları üçün nəyin yaxşı və doğru olduğu barədə düşünə bilərəm, - deyə Tramp yazıb.
Məktubda iddia olunur ki, Danimarka Qrenlandiyanı Rusiya və ya Çindən qoruya bilmir.
"Niyə onların "mülkiyyəti" var? Yazılı sənədlər yoxdur, sadəcə yüz illər əvvəl ora bir qayıq düşüb, amma bizim də ora qayıqlarımız düşüb", - deyə ABŞ prezidenti qeyd edib.
Tramp həmçinin əlavə edib ki, o, NATO üçün "yaradıldığı gündən bəri hər kəsdən daha çox iş görüb" və indi Alyans guya "ABŞ üçün bir şey etməlidir".
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB