"36 il bundan əvvəl Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda Sovet qoşunlarına qarşı mübarizədə böyük qəhrəmanlıq və misilsiz fədakarlıq nümunələri nümayiş etdirdi". Bu sözləri SİA-ya açıqlamasında hərbi-ekspert Ədalət Verdiyev deyib.

Onun sözlərinə görə, 20 Yanvar faciəsi eyni zamanda xalqımızın tarixində ən parlaq qəhrəmanlıq səhifələrindən biridir: "Sovet qoşunlarının mülki əhaliyə qarşı açdığı atəş nəticəsində 875 vətəndaşımız həlak olmuş və ya yaralanmışdır. Təxminən bir o qədər vətəndaşımız qanunsuz şəkildə həbs edilmiş, insanların evləri yandırılmış, əmlakı talan edilmiş və məhv olunmuşdur.
Maraqlı və eyni zamanda təəssüf doğuran məqam ondan ibarətdir ki, bu günə qədər SSRİ-nin hüquqi varisi olan Rusiya tərəfindən həmin cinayətə görə bir nəfər belə məsuliyyətə cəlb edilməmişdir.
Təəssüflə qeyd etmək lazımdır ki, Rusiyaya qarşı 20 Yanvar faciəsinə görə beynəlxalq ictimaiyyət tərəfindən indiyədək ciddi etirazlar səsləndirilməyib. Məhz bu cəzasızlıq səbəbindən Rusiya daha əvvəl Sovet respublikalarına qarşı törətdiyi faciə və fəlakətləri sonradan digər respublikalarda, əvvəlcə Gürcüstanda, bu gün isə Ukraynada təkrarlayıb.
20 Yanvar hadisələri zamanı Azərbaycan vətəndaşları qətlə yetirilmiş, onların şəxsi əmlakı ilə yanaşı, dövlət əmlakı da tamamilə məhv edilmişdir. Bu addımlar bir daha keçmiş SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli mövqeyini, ermənipərəst siyasət yürütməsini və əzəli, tarixi Azərbaycan torpaqlarına iddia edən Ermənistanın təcavüzkar siyasətini açıq şəkildə dəstəklədiyini nümayiş etdirir.
Bütün bunlara baxmayaraq, Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında həm 20 Yanvar faciəsinin, həm Xocalı faciəsinin, həm də sonrakı dövrlərdə tökülən bütün şəhid qanlarının qisasını döyüş meydanında almağa nail olmuşdur.
Lakin bununla yanaşı, bu cinayətlərin hüquqi müstəvidə qiymətləndirilməsi və günahkarların beynəlxalq səviyyədə cəzalandırılması üçün konkret tədbirlərin görülməsi vacibdir".
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB