Türküstanda İslam İnstitutu açılıb...

...Qazaxıstanın Türküstan şəhərində imamlar üçün yenidənhazırlıq və ixtisasartırma kursları keçən İslam İnstitutu açılıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Kazpravda.kz. yazır.

Açılış mərasimində Türküstan vilayətinin akimi Nuralxan Kuşerov, Qazaxıstan Müsəlmanları Ruhani İdarəsinin sədri və Ali Müfti Naurizbay Taqanuli iştirak edib.

Toplanan izdiham qarşısında çıxış edən bölgə rəhbəri universitetin açılışının Prezident Qasım-Jomart Tokayevin əvvəllər vurğuladığı ənənəvi İslamın populyarlaşmasına töhfə verəcəyini vurğulayıb.

...Xalqımızın dünyagörüşünə uyğun olaraq ənənəvi İslamı tərifləmək çox vacibdir; onun elmi və nəzəri əsaslarını inkişaf etdirmək lazımdır. Bu məqsədlə Qazaxıstan Müsəlmanları Ruhani İdarəsi ilə birlikdə Dini İşçilərin İxtisasartırma üzrə İslam İnstitutu açırıq. "İnstitut müasir avadanlıq və qurğularla tam təchiz olunub, - deyə Kuşerov bildirib.

Təhsil müəssisəsi Qazaxıstanın hər yerindən dini liderlər üçün açıq olacaq. Şəhərdən kənar tələbələr üçün yataqxana tikilib.

...Açılış mərasimindən sonra institut ilk mühazirəsini keçirib. Mühazirəni Qazaxıstanın Ali Müftisi Naurizbay Taqanuli oxuyub.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə