AQTA sədri Sumqayıtda vətəndaşları qəbul edib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Sumqayıtda Sumqayıt şəhəri və Abşeron, Qubadlı, Zəngilan rayonlarından olan vətəndaşları qəbul edib.

SİA xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Qəbulda AQTA yanında Məşvərət Şurasının üzvü, Azərbaycan Gübrə İstehsalçıları və İdxalatçıları Assosiasiyasının sədri Əbdülhüseyn Abdullayev də iştirak edib.

Qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib, bir qismi yerində öz həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə