Süni intellekt insanları yorub...

...Amerikalılar süni intellektdən beziblər və analoq texnologiyaya keçiblər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə CNN bildirib.

...Sənətkarlıq təchizatı şirkəti olan Michael's bunu birbaşa hiss edib: Şimali Amerikada 1300-dən çox mağazası olan şirkətin məlumatına görə, veb saytında "analoq hobbilər" axtarışları son altı ayda 136 faiz artıb, - deyə kanal qeyd edir.

Michael's-in baş ticarət direktoru Steysi Şiveli deyir ki, insanlar ənənəvi sənətkarlıqda "sosial mediada sonsuz mənfi xəbərlərdən" və rəqəmsal texnologiyadan uzaqlaşmaqdan təsəlli və rahatlıq tapırlar.

...Düşünürəm ki, hazırda həqiqətən böyük bir mədəni dəyişiklik baş verir, - deyə o bildirir.

Daha əvvəl Rusiya prezidenti Vladimir Putin süni intellektin bütün dünyanın gələcəyini formalaşdırdığını bildirmişdi.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə