...ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff cümə axşamı Ukraynaya dəstək verən "qətiyyətli koalisiya"nın iclasının keçirildiyi Yelisey sarayını tərk edib.
SİA xəbər verir ki, bu barədə “Azadlıq” radiosu məlumat yayıb.
KİV-in məlumatına görə, Trampın xüsusi nümayəndəsi görüşdə yalnız qismən iştirak edib. İclas başlayandan 20 dəqiqə sonra onun otağı tərk etdiyi bildirilib.
Yelisey Sarayı izah etdi ki, o, işin bir hissəsində iştirak edib və orada iştirak edən bütün dövlət və hökumət başçılarına müraciət edib. Lakin Uitkoff planlaşdırıldığı kimi iclası başqa bir görüş üçün tərk etmək məcburiyyətində qaldı.
O, liderlər ABŞ prezidenti Donald Trampa telefonla zəng etdikdə yenidən onlara qoşulacaq.
Xatırladaq ki, bu gün, cümə axşamı, sentyabrın 4-də Parisdə Ukraynaya dəstək verən “qətiyyətli koalisiya”nın iclası başlayıb.
Görüş Yelisey sarayında keçirilir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə