7 oktyabr 2023-cü ildən bəri İsrailin Qəzza zolağına həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayı son 24 saatda 84 nəfər artaraq 64 min 231-ə yüksəlib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, son 24 saat ərzində Qəzza zolağındakı xəstəxanalara 84 nəfərin meyiti və 338 yaralı gətirilib. İsrail ordusunun 19 yanvarda əldə edilən atəşkəsi pozaraq 18 martdan bəri davam etdirdiyi hücumlarda 11 min 699 fələstinli həyatını itirib, 49 min 542 nəfər isə yaralanıb.
Son 24 saatda humanitar yardım üçün gözləyənlərin hədəfə alındığı hücumlarda 17 fələstinli həlak olub, 174 nəfər yaralanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə