İtaliyanın "Yuventus" klubu Kenan Yıldızla müqavilə müddətini uzatmağa yaxındır. SİA-nın "La Gazzetta dello Sport"a istinadən verdiyi məlumata görə, Turin təmsilçisi 20 yaşlı yarımmüdafiəçini 2030-cu ilin yayına qədər saxlamaq niyyətindədir.
Onun müqaviləsinin müddəti 2029-cu ilin yayında bitəcək. Hər iki tərəf müqavilə müddətinin uzadılması üzərində işi davam etdirmək istəyini bildirib. "Yuventus" daha əvvəl İngiltərənin "Çelsi" klubunun təklifini qəbul etməyib.
Qeyd edək ki, türkiyəli futbolçu 2024/2025 mövsümündə meydana çıxdığı 52 oyunda 12 qola, 9 məhsuldar ötürməyə imza atıb. "Transfermarkt" onun dəyərini 50 milyon avro qiymətləndirir.
Müəllif: Ziya Hikmətoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə