"Atalanta"nın mərkəz hücumçusu Canluka Skamakka yenidən zədələnib. Bu səbəbdən də 26 yaşlı forvard İtaliya millisini tərk edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə İtaliya Futbol Federasiyası məlumat yayıb. Qeyd edək ki, Skamakka zədə səbəbindən 2024/25 mövsümündə "Atalanta"nın 50 matçını buraxıb.
İtaliya millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində sabah Estoniya, sentyabrın 8-də isə İsraillə qarşılaşacaq.
Müəllif: Ziya Hikmətoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə