Cəlilabad rayonunda ağır yol qəzası baş verib. SİA-nın verdiyi xəbərə görə, hadisə rayonun Hamarqışlaq kəndi ərazisində qeydə alınıb. "Mercedes" və "VAZ 21099" markalı minik avtomobillərinin toqquşması nəticəsində 6 nəfərin xəsarət aldığı bildirilir.
Xəsarət alanlar rayon xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə