Cəlilabadda yol qəzasında 6 nəfər xəsarət alıb

4 Sentyabr 2025 16:47 (UTC+04:00)

Cəlilabad rayonunda ağır yol qəzası baş verib. SİA-nın verdiyi xəbərə görə, hadisə rayonun Hamarqışlaq kəndi ərazisində qeydə alınıb. "Mercedes" və "VAZ 21099" markalı minik avtomobillərinin toqquşması nəticəsində 6 nəfərin xəsarət aldığı bildirilir.

Xəsarət alanlar rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.