...NATO-nun baş katibi Mark Rutte alyansın Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi və qoşunların yerləşdirilməsinə hazırlıq üzrə danışıqlarda iştirakını təsdiqləyib.
SİA-nın məlumatına görə, politoloq Aleksey Martınov qeyd edib ki, Ukrayna ərazisinə xarici qoşunların yerləşdirilməsi üçün bir çox variant var, lakin hazırda hansı qüvvələrin yerləşdiriləcəyini və bunun nə vaxt baş verəcəyini dəqiq proqnozlaşdırmaq çətindir.
Martınov vurğulayıb ki, media qoşunların yerləşdirilməsinin müxtəlif variantlarını, o cümlədən Almaniya kansleri Fridrix Merz və Böyük Britaniyanın müdafiə naziri Con Hilinin təkliflərini müzakirə etsə də, praktikada bir çox ölkələr öz silahlı qüvvələrini Ukraynaya göndərməyə tələsmir.
Diplomatik bəyanatlar səviyyəsində aparılan müzakirələrlə praktikada real addımlar arasında fərq var.
Ekspert atəşkəslə bağlı hələlik konkret nəticə verməmiş çətin danışıqlara da toxunub.
Rusiya ilə Ukrayna arasında danışıqlar baş tutmayınca, atəşkəsə nail olmaq mümkün deyil, Aleksey Martınov “Podmoskovie seqodnya” internet nəşrinə müsahibəsində qeyd edib və əlavə edib ki, Moskva bu cür danışıqlara hazırdır, lakin Kiyev, görünür, onları aparmağa hazır deyil. Sonda ekspert əlavə edib ki, müzakirələrə və bəyanatlara baxmayaraq, Rusiya ordusu Ukraynanın özününkü hesab etdiyi ərazidə yaşayış məntəqələrini azad etməkdə davam edir.
Bundan əvvəl Federasiya Şurası Almaniyaya “Taurus” raketlərinin Ukraynaya çatdırılmasının nəticələri barədə xəbərdarlıq etmişdi.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə