"Lənkəran" basketbol komandası yeni mövsüm üçün ilk transferini gerçəkləşdirib. Klubdan SİA-ya verilən məlumata görə, amerikalı basketbolçu Raşed Dyson mövsümün sonuna kimi bölgə təmsilçisinin formasını geyinəcək. O, 1.95 santimetr boya malikdir. "Lənkəran" 23 yaşlı basketbolçunun ilk Avropa klubu olmaqla yanaşı, ilk peşəkar komandası olacaq.
Qeyd edək ki, Dyson buna qədər ölkəsində universitet komandalarında forma geyinib.
Bütün xəbərlər Facebook səhifəmizdə