Rus məktəblərində müəllimlərə bu ifadələrdən istifadə qadağan edilir...

Rus məktəblərində müəllimlərə tədris prosesində “tolerantlıq”, “məişət zorakılığı”, “gender” və “zorbalıq” ifadələrindən istifadə etmək qadağandır.

SİA-nın məlumatına görə, bu barədə “Diqqət, xəbərlər” bildirib.

...Və müəllimlərə əvəzində alternativ ifadələr tövsiyə olunur: “tolerantlıq” “hörmət” və ya “xalqlar arasında dostluq”, “gender” – “cins”, “zorbalıq” - “zorakılıq”, “məişət zorakılığı” - “psixoloji zorakılıq” ifadələri ilə əvəz olunur.

Kanalın məlumatına görə, bu tövsiyələr 2025-2026-cı tədris ili üçün təhsilin xüsusiyyətlərinə dair müəllimlər arasında paylanan materiallarda öz əksini tapıb.

Bu dəyişikliklər Təhsil Nazirliyinin yeni dərs ilinin əvvəlindən qüvvəyə minmiş əmrində öz əksini tapıb.

Sənəd prokurorluğun sorğusu əsasında hazırlanıb. İzahat qeydində deyilirdi ki, sərəncamın məqsədi təhsil proqramlarını “dövlət siyasətinin əsas prinsiplərinə və federal hüquq normalarına uyğunlaşdırmaqdır”.

Departament iddia edib ki, tədbirlər “ümumrusiya vətəndaş və mədəni identikliyini” gücləndirməyə və “Rusiyanın təhsil və mədəniyyət sahələrində milli təhlükəsizliyini” təmin etməyə yönəlib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə