Dünyaca məşhur braziliyalı futbolçu Neymar gözlənilməz miras xəbəri ilə gündəmə gəlib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Braziliyada yaşayan, ailəsi olmayan bir iş adamı notariusda rəsmiləşdirilmiş vəsiyyətnamə ilə təxminən 1 milyard dollarlıq sərvətini Neymara buraxıb.
İş adamı bu qərarının səbəbini açıqlayarkən, Neymarla mənəvi bağ qurduğunu və onun atasına münasibətini öz həyatı ilə əlaqələndirdiyini bildirib. O, həmçinin futbolçunu “səxavətli, nadir rast gəlinən insan” kimi xarakterizə edib.
Mirasını qohumlarına və ya dövlətə vermək istəmədiyini deyən iş adamı, buna görə seçimini Neymarın xeyrinə etdiyini vurğulayıb.Maraqlıdır ki, Neymarın şəxsi sərvəti də təxminən 1 milyard dollar dəyərində qiymətləndirilir. Bu miras futbolçunun sərvətini demək olar ki, ikiqat artıracaq.
Bütün xəbərlər Facebook səhifəmizdə