Əfqanıstanın şərqindəki Kunar əyalətində bazar günü gecə baş verən 6 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 2205 nəfərə çatıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, "ToloNews" Əfqanıstan Müvəqqəti Hökumətinin sözçünün müavini Həmdullah Fitratın bazar günü Kunar əyalətində baş verən zəlzələ nəticəsində ölənlərin sayını açıqlayıb. Müvafiq olaraq, zəlzələdə ölənlərin sayı 2205-ə, yaralıların sayı isə 3640-a yüksəlib. Hesabatda qeyd olunub ki, Kunar vilayətinin Nur Gül, Savki, Çapa Dara və Manoqi də daxil olmaqla ən çox zərər çəkmiş bölgələrində xilasetmə işləri davam edir.
Amerika Birləşmiş Ştatları Geoloji Xidməti avqustun 31-də Əfqanıstanda 6 bal gücündə zəlzələnin Pakistan sərhədinə yaxın Cəlalabaddan 27 kilometr şimal-şərqdə, 8 kilometr dərinlikdə baş verdiyini açıqlayıb. Əfqanıstanın müvəqqəti hökumətinin sözçüsü Zabihullah Mücahid ölənlərin sayının 1411 nəfərə, yaralıların sayının isə 3124 nəfərə çatdığını açıqlayıb. Yerli rəsmilər bəyan ediblər ki, bu, ölkədə baş verən ən güclü zəlzələlərdən biridir.
Bütün xəbərlər Facebook səhifəmizdə