Cəlilabadda baş verən yol qəzasında 8 nəfər xəsarət alıb - YENİLƏNİB

SİA yerli mənbələrə istinadən xəbər verir ki, TƏBİB-dən verilən məlumata görə, bu gün saat 14:00 radələrində Cəlilabad rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 8 nəfər (4-ü qadın, 4-ü kişi cinsli) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Yaralılara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları və sınıqları diaqnozu təyin olunub, zəruri ilkin tibbi xidmət göstərilib.

1978-ci il təvəllüdlü şəxsin (kişi cinsli) vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb. Digər 7 şəxsin müalicəsi tibbi müəssisənin Təcili tibbi yardım şöbəsində davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir.

16:38

Cəlilabad rayonunda yol qəzası baş verib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, hadisə rayonun Hamarqışlaq kəndi ərazisində qeydə alınıb. Qəza zamanı "Mercedes" markalı minik avtomobili ilə "VAZ 21099" markalı minik avtomobili toqquşub.

Hadisə nəticəsində azyaşlılar da olmaqla, 6 nəfərin xəsarət aldığı bildirilir. Yaralılar rayon xəstəxanasına çatdırılıb. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə