“Seçmə mərhələ oyunları çətin olur. Buraya yaxşı nəticə üçün gəlmişik. Rəqib öz meydanında uduzmaq istəməyəcək. Buradan xalla qayıtmağa çalışacağıq”.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş DÇ-2026-nın seçmə mərhələsində Reykyavikdə İslandiya yığmasına qarşı keçiriləcək oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.
Portuqaliyalı mütəxəssis rəqibin kifayət qədər yaxşı komanda olduğunu bildirib: “Heç də zəif yığma deyil. Yerli publika komandaya kifayət qədər dəstək verir. Hazırkı heyətinə baxsaq, bütün oyunçuları ölkə xaricində çox güclü çempionatlarda çıxış edirlər. Buna baxmayaraq, əlimizdən gələni edəcəyik”.
O, hava şəraitinə uyğunlaşmaq üçün İslandiyaya oyundan 2 gün öncə gəldiklərini vurğulayıb: “Vaxtımız var. Oyuna tam hazır olmağa çalışacağıq. Yağışın bizə təsir edəcəyini düşünmürəm”.
F.Santuş sabahkı matçda kapitan sarğısını Emin Mahmudovun daşıyacağını söyləyib.
Baş məşqçi həm İslandiya, həm də Ukrayna ilə matçlarda qələbə qazanmağa çalışacaqlarını bildirib: “Əsas danışmaq yox, bunu meydanda göstərməkdir. Hər bir futbolçumuz Azərbaycan xalqını sevindirmək istəyir”.
O, komandasında əhvali-ruhiyyənin qaydasında olduğunu deyib: “Son oyunda ağır məğlubiyyət almışdıq. Amma keçmiş muzeydə qalır, onunla yaşamaq lazım deyil. Gələcəyə baxmalıyıq. Biz yalnız tarix yazmaq istəyirik. Futbolçularım da bunu bilir. İstədiyimiz nəticələri əldə etmək üçün əlimizdən gələni edəcəyik. Mən möcüzəyə inanmıram. Çünki möcüzəni də insan gerçəkləşdirir. Dörd komandalı qrupa düşmüşük. Bacardığımız qədər çox xal toplamaq istəyirik”.
Qeyd edək ki, sentyabrın 5-də keçiriləcək İslandiya - Azərbaycan oy
Bütün xəbərlər Facebook səhifəmizdə