"Fənərbaxça"nın yeni heyəti müəyyənləşib

"Fənərbaxça"nın UEFA Avropa Liqasının Liqa mərhələsi üçün heyəti müəyyənləşib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, İstanbul klubunun UEFA-ya göndərdiyi siyahıya 23 futbolçunun adı daxil edilib. Komandanın kapitanı Mert Hakan Yandaş heyətdən kənarda qalıb.

Bundan başqa, Aleksander Djiku, Rodriqo Bekao, Ognjen Mimovic, Aziz Fall, Bartuğ Elmaz, Levent Mercan və Cengiz Ünder də siyahıda yer almayıb.

Qeyd edək ki, "Fənərbaxça" Avropa Liqasında "Aston Villa", "Dinamo" (Zaqreb), "Nitsa", "Ştutqart", "Viktoriya", "Ferentsvaroş", "Brann" və FKSB ilə qarşılaşacaq.

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə