İşdən çıxarılan direktorun yerinə təyinat olub

Samux rayon İnstitut qəsəbə tam orta məktəbinə yeni direktor təyin edilib. SİA-nın məlumatına görə, bununla bağlı müvafiq əmr imzalanıb. Əmrə əsasən, Göygöl rayonu Fəxrəddin İmamquliyev adına Yalqışlaq kənd orta ümumtəhsil məktəbinin direktoru Natiq Əmirov İnstitut qəsəbə orta məktəbinə direktor vəzifəsinə təyin olunub. Qeyd edək ki, Samux rayon İnstitut qəsəbə tam orta məktəbinin direktoru 2024 ci ildə “Son zəng” tədbirində səslənən musiqiyə görə işdən azad edilib.

"Son zəng" tədbirində kriminal həyat tərzini təbliğ edən mahnı səsləndirilib və bu barədə görüntü yayılıb. Buna görə məktəbin direktoru Gülsəba Abbasova vəzifəsindən azad olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə