"İnter" klubu pula qənaet edir

İtaliyanın "İnter" klubu pula qənaət etmək üçün altıncı futbolçu transferini gerçəkləşdirməyib. SİA-nın "Tuttosport" nəşrinə istinadən verdiyi məlumata görə, oyunçu keçidləri üçün ayrılan məbləğin 20-25 milyon avrosu qalıb. Lakin klub rəhbərliyi daha bir futbolçu ilə müqavilə imzalamamağa üstünlük verib. "İnter" daha əvvəl Manuel Akanci, Petar Suçiç, Luis Enrike, Anj-Yoan Bonni və Endi Diufu heyətinə qatıb. Vitse-çempion qalan pulu qış transfer dönəmində xərcləyəcək.

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə