Türkiyənin tanınmış aktrisası Hande Erçel sevgilisindən ayrıldı

Türkiyənin tanınmış aktrisası Hande Erçel və sevgilisi Hakan Sabancının 3 illik münasibəti başa çatıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, məşhur cütlüyün ayrılığı pərəstişkarlarını məyus edib. Mətbuatda yayılan iddialara görə, evliliyə qarşı çıxan Arzu Sabancı, ayrılıqdan sonra ilk dəfə mövzu ilə bağlı danışıb.

Bir neçə həftə əvvəl Paris səfərindən dönən aktrisa hava limanında jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, sevgilisi yanında olmayıb: "Hakan yanımda deyildi, çünki iş üçün getmişdim. Adətən iş səfərlərinə qatılmır, daha çox tətil vaxtlarında birlikdə oluruq".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə