Mehriban Əliyevanın xidmətləri müstəsna əhəmiyyətə malikdir - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Mehriban xanım Əliyeva Azərbaycanda Vitse-Prezidentlik İnstituna qədər də hər zaman aktiv fəaliyyəti ilə seçilib”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Bəhruz Məhərrəmov bildirib.

Onun sözlərinə görə, Mehriban xanım Əliyeva Azərbaycanda təhsil, elm, mədəniyyət, incəsənət sahəsində kifaqət qədər yeni bir səhifə açmışdır: “Həmçinin ölkəmizin dünyada tanıdılmasında onun müstəsna rolu olmuşdur. Pakistanda məktəb binasının tikilişindən tutmuş, Vatikanda, Fransada, İtalyada ayrı-ayrı mədəni incəsənət abidələrinin yenidən bərpa olunması ilə bağlı lahiyələr həyata keçirib. Hesab edirəm ki, cənab İlham Əliyevin hakimiyyəti illərində ən uğurlu qərarlarından biri Mehriban xanım Əliyevanın Azərbaycanda birinci vitse-prezident təyin edilməsi oldu.

Mehriban xanım Əliyeva hal-hazırda sosial sferada təhsil, mədəniyyət və incəsənət istiqamətində kifayət qədər uğurlu fəaliyyət göstərir. Bu sahələrdə bildiyiniz kimi bir çox yeniliklər həyata keçirilib. Hazırda biz 4-cü sənaye inqilabının ərəfəsindəyik. Bunların da hər birinin məsuliyyəti Mehriban xanım Əliyevanın çiyinləri üzərindədir. Bununla yanaşı Vətən müharibəsində biz faktiki olaraq 2 cəbhədə yaşayırdıq. Ön cəbhədə cənab İlham Əliyev Ordumuzu rəşadətlə irəli aparırdısa, arxa cəbhədə bütün yük Mehriban xanımın üzərində idi.

Fikrimcə, arxa cəbhənin yükü heç də, ön cəbhədən az deyildi. Bu mənada milli həmrəyliyimizin təmin olunmasında, şəhid ailələri arasında ruh düşkünlüyünün olmamasında və s. bütün bunların yaranmasında Mehriban xanım Əliyevanın çox böyük dəstəyi və köməyi oldu. Bir məqamda xüsusi diqqət yetirmək istəyirəm ki, bu gün Azərbaycanda bir sıra siyasi marginal qrupları çıxmaq şərtilə Mehriban xanım eyni zamanda siyasi qüvvələr üçün milli barışdırıcı anlam ortaya qoyub. Yəni onun ölkə daxilində yaratdığı kommunikasiya formatı özünü müsbət mənada göstərir. Multikultural, milli dəyərlərin qorunması da məhz onun adı ilə bağlıdır".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə