Hansı hallarda qüsul almaq olmaz? - DİN XADİMİ AÇIQLADI

“İslam dinində müəyyən məsələlərdə insan boynuna qüsul gələ bilər. Misal olaraq, bir insan əgər meyidə toxunarsa o qüsul almalıdır”. Bu sözləri SİA-ya açıqlamasında Qafqaz Müsəlmanlar İdarəsinin əməkdaşı Hacı Ağasəid bildirib.

Onun sözlərinə görə, eyni zamanda insan rəhmətə getdiyi zaman ona meyid qüsulu verilir: “Həmçinin qadınla kişi arasında cinsi əlaqə baş verdiyi zaman insanın üzərinə cənabət qüsulu düşür. Daha sonra Həcc qüsulu, məscid qüsulu var. İnsanlar ramazan ayında qüsul edir və bu cür qüsul müstəbeh adlanır. Ancaq insan əməliyyat etdikdə, dişinə plomb qoyub çəkdirdikdə həmin adam qüsul almamalıdır. Yəni bunun üçün qüsul almaq vacib hesab olunmur”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə