Yolların qurulması hansı proqramlarla həyata keçirilir? - QURUM RƏSMİSİ MÜNASİBƏT BİLDİRDİ

“Bakı şəhərinin küçə və yollarının, həmçinin respublikanın avtomobil yollarının yenidən qurulması "Regionaların sosial-iqtisadi inkişafı" Dövlət Proqramı, investisiya proqramı çərçivəsində həyata keçirilir”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bildirib.

Onun sözlərinə görə, son illər agentliyimiz tərəfindən bu proqramlar nəticəsində həm Bakı şəhəri daxilində, həm də, respublikanın avtomobil yollarında genişmiqyaslı lahiyələr həyata keçirilib.

Eyni zamanda Anar Nəcəfli qeyd edib ki, cari il ərzində kəndlərarası avtomobil yollarının yenidən qurulması və Bakı şəhərinin küçə və yollarının əsaslı təmiri Agentlik tərəfindən icra olunacaq. Növbəti illərdə də, bu cür addımların atılması nəzərdə tutulur.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə