Qaya uçqunu olan yolda hərəkət qismən bərpa olunub

Oktyabrın 12-də səhər saatlarında Lerik-Kəlvəz yolunun təqribən 10-cu kilometrində qaya uçqunu hadisəsi baş verib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən SİA-ya bildirilib ki, nəticədə qaya parçaları yolun hərəkət hissəsinə tökülərək avtonəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırıb.

Dərhal hadisə yerinə texnika və canlı qüvvə cəlb olunub. Hazırda Lerik-Kəlvəz yolunun bir hissəsi qaya parçalarından təmizlənib, hərəkət qismən bərpa edilib.

Yolun hərəkət hissəsinin qaya parçalarından tam təmizlənməsi istiqamətində işlər aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə