"Şəhid ailələrinə və Qazilərə diqqət və qayğı" mövzusunda tədbir keçirildi

Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə 26 avqust 2021-ci il tarixdə ölkəmizin birinci xanımı, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətində "Şəhid ailələrinə və Qazilərə diqqət və qayğı" mövzusunda tədbir keçirildi. SİA xəbər verir ki,
tədbirdə şəhid ailələri, qazilər, millət vəkilləri, Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin sədri Qurban Məmmədov başda olmaqla birliyin idarə heyəti, tanınmış ictimaiyyət nümayəndələri iştirak edərək çıxış etdilər.
Tədbirdə çıxış edənlər Mehriban xanım Əliyevanın şəhid ailələrinə, qazilərə diqqət və qayğısından söz açdılar. Bildirdilər ki, Mehriban xanım Əliyeva Prezident cənab İlham Əliyevin xanımı olmaqla yanaşlı, həyat yoldaşına sadiqliyi və işgüzarlığı, layiqli məsləkdaşı olmağının nəticəsidir ki, dövlətimiz daha da güclənir, regionda öz nüfuzunu qazanaraq söz sahibinə çevirilir.

Tədbirlə bağlı Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin icraçı direktoru Zamin Zeynal mətbuata açıqlamasında qeyd etdi ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətində şəhid ailələrinə, qazilərə diqqət və qayğı əsas yer tutur. Mehriban xanımın humanitar yönümdə zəngin, fədakar, səriştəli fəaliyyəti dünya qadınlarına örnəkdir. Mehriban xanımın ictimai-siyasi yönümdə gördüyü bütün işlər Azərbaycanın daha da qüdrətlənməsi, çiçəklənməsi istiqamətində ən böyük töhfədir.
Mehriban xanım Əliyevanın diplomatik sahədəki uğurlu, peşəkar fəaliyyəti Prezident cənab İlham Əliyevin uğurla reallaşdırdığı beynəlxalq siyasətində Azərbaycanın daha da irəli getməsinə ən böyük təkandır.
Birlik rəsmisi onu da bildirdi ki, Mehriban xanım Əliyevanın ictimai-siyasi həyatda əldə etdiyi nailiyyətlər, Azərbaycan qadınları üçün örnəkdir. Mehriban xanımı xalqa sevindirən əsas cizgilər, Onun xeyirxahlıq, mərhəmət, şəfqət kimi ülvi hisslərə və insani dəyərlərə malik olmağıdır. Mehriban xanım Əliyevanın milli, vətənpərvər əzmdə etdiyi layihə və təşəbbüslər, vətəndaş cəmiyyəti tərəfindən də yüksək dəyərləndirilir. Bu gün keçirilən tədbir dəyərli Mehriban xanım Əliyevanın fonunda ictimai həmrəyliyin, mənəvi dəstəyin, milli birliyin nümunəsidir.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə