Bildirçin yumurtasının inanılmaz faydaları QİDA TEXNOLOQU AÇIQLADI
“Bildirçin yumurtası toyuq yumurtasına nisbətən daha çox fosfor tərkiblidir. Həmçinin dəmir tərkibi də iki dəfə yüksəkdir. Həmçinin vitaminlərlə də zəngindir. Yəni, toyuq yumurtasına baxanda bildirçin yumurtası daha faydalıdır. Ona görə də bildirçin yumurtasının qida dəyəri yüksəkdir, həm də faydaları da çoxdur ki, onlardan biri də ağciyərlərə, tənəffüs yollarına, həmçinin də öskürəyə, səs tellərinə olan faydalardır”. Bu sözləri SİA-ya açıqlamasında qida texnoloqu Ağa Salamov deyib.
Onun sözlərinə görə, bir də bildirçin yumurtasını qorxmadan çiy içmək olar: “Çünki bildirçinlərin bədən istiliyi çox yüksək, yəni 42 dərəcə olduğu üçün bədənlərinin istiliyi o istilikdə salmonella bakteriyası ölür desək daha doğru olar. Yəni, salmonellaya yoluxma riski az olur. Çünki yumurta da o bədən temperaturunda qalır və onların yumurtasında o risk az olur. Yəni, salmonella riski az olduğuna görə çiy içmək də məsləhətdir. Gündə 2-3 ədəd yumurta istehlak etmək olar ki, bunun da ürək, qan-damar sisteminə, ürək əzələlərinə, mədə-bağırsaq sisteminə faydaları çoxdur.
Zülalla zəngin olduğuna görə immun sistemini gücləndirir, A,Bvitamini ilə zəngin olduğuna görə uşaqlarda da boy artmasına səbəb olur. Yəni, boy artımına da faydaları çoxdur. Saymaqla bitməyən faydaları var”.
Ağa Salamov sözlərinə belə davam edib: “Həm də bildirçin yumurtasından salatlarda daha geniş istifadə etmək olar. Məsələn, Tuna balığının yanında servis oluna bilər, həmçinin Sezar salatı və yaxud milli salatlardan tərəvəz salatı, yaxud hər hansısa bir mövsümi salatlarla istehlak etmək olar. Yəni salatlarda geniş istifadə edib yeyə bilərlər ki, bunun da faydaları çoxdur. Həmçinin də, səhərlər qaynadıb 2 - 3 ədəd istehlak edilə bilər. Bu da immun sistemimizi gücləndirir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB