Virtual oyunların pis və yaxşı cəhətləri - ARAŞDIRMA

Video oyunlar hər bir çağdaş insanın həyatında müəyyən qədər yer tutur. Hər il video oyun sənayesinə milyardlarla pul, vəsait ayrılır. Bu səylər və araşdırmalar nəticəsində hər il özünə daha çox insan cəlb edən video oyunlar, öz qazancını bir çox yolla əldə edir. Oyundaxili satınalmalar, reklamlar digər oyunlar isə DVD satışlarına görə özünü tam maliyyələşdirir. Gənclik, xüsusən də azyaşlılar bu oyunlardan asılı hala düşüb. Qəribəsi budur ki, həyatında kifayət qədər işi, potensialı olan adamlar da video oyunlar oynayır. Bu yazıda video oyunların cazibəsinin haradan qaynaqlandığını öyrənəcəyik.

Bu oyunlar insanları real dünyanın gerçəkliklərində uzaqlaşdırır, həyatda tapa bilmədiyi zövqləri bəxş edir. Dünyada heç nə qazana bilməyən oyunçular virtual aləmdə 1-ci olur və minlərlə adam onun pərəstişkarına çevrilir. Fiziki və zehni yorğun insanın tamamilə başqa auraya salaraq dincəldir. Məsələn hansısa bank işçisi günboyu yorucu hesablamalardan sonra cihazını yandırıb, virtual aləmin ən yaxşı oyunçusuna çevrilərək öz aurasını dəyişə bilər. Belə ki, o, sadəcə düymələri basaraq virtual aləmdə əsgər, ralli yarışçısı, pilot, strateq ölkə kralı hətta hörümçək adam da ola bilər. Beləliklə təsəvvür edəcəyi hər bir macəranı video oyunda yaşaya bilən insan üçün onun önəmi böyükdür.

İnsanlar bu səbəblərdən oyunlara kifayət qədər vaxt, vəsait ayıra bilir. Daha sonra sosial həyatından da uzaqlaşan insanlar, tamamilə oyun aludəçisinə çevrilir. Beləliklə onlar daha aqressiv, məsuliyyətsiz, diqqətsiz fərdlərə çevrilə bilir. Beynimizin fantaziya hissəsini bəsləyən video oyunlar, bir müddət sonra onu tamamilə işğal edə bilir. Bu cür halda insan öz fantaziya, təsəvvür qabiliyyətini yalnızca həmin oyunun daxilində işə sala bilir. Saydığım bütün bu mənfi cəhətlər, yanlızca ifrat video oyun aludəçisi olduqda baş verir. İstənilən halda video oyunlar vaxt itkisi hesab etmək olar.

Ümumilikdə virtual uşaqların hadisələrə cəld reaksiya vermə qabiliyyətini artırır. Əşyalar virtual qavrayış prosesini gücləndirir. Yaddaşı gücləndirir, məntiqi təfəkkürün inkişafına birbaşa təsir edir. Diqqətliliyi artırır, hadisələri və ya əşyaları kateqoriyalaşdırmaq, sistemləşdirmək vərdişlərini artırır. Bütün bu müsbət cəhətlərə rəğmən valideyn uşaqların oynadığı oyunları araşdırmalıdır. Bu oyunlarda şiddət, qorxu və s. digər məzmunlar olmamalıdır. Belə bir boşluğun buraxıldığı halda uşağın psixologiyası zərər görə bilər. Uzun müddət komputer, telefon qarşısında oturmaq uşaqların sağlamlığına, xüsusən də gözlərinə ziyandır. Bir çox hallarda nəzarət edilmədikdə uşaqlar oyuna o qədər aludə olurlar ki, nəticədə o oyundan asılılıq əmələ gəlir. Belə halda bu, xəstəliyə bənzəyir. Uşaqlar bəzən oyunlara o qədər vaxt sərf edir ki, dərslərini oxuya və digər sosial işlərlə məşğul ola bilmir. Bunlardan başqa komputer masasında uzun müddət oturmaq qamətdə əyrilik də yarada bilir.

Deməli qərar vermək olar ki, fiziki, əqli inkişafının ən həssas dönəmində olan uşaqları oyunlardan uzaq tutmaq gərəklidir. Sağlam qamətli gənc üçün övladınızla birgə idman edin, sağlam təfəkkürlü fərd üçün onunla söhbət edin. Onların buna həmişə ehtiyyacı var. Xüsusən də abitruyent gənclərin ziyanına olan virtual oyunlar, ağır dərs proqramlarından sonra onların ən xoş arzusuna çevrilir. Onlar özlərini dincəlmiş kimi hiss etsələr də beyinlərini yükləmiş olurlar. Bu cür abitruyentlər daha çox diqqət dağınıqlığı yaşayırlar. Ağır dərs həftələrinin arasında 10 dəqiqə oynanılmış oyun onların yuxularına girir və uzun müddət həmin oyun epizodları haqqında düşünürlər. Dərsliklərini açıb baxa bilərlər amma bu zaman onların bütün fikri hələ də virtual xoşbəxtliyin yanındadır.

Müəllif: Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə