"Türk Hava Yolları" Gəncə və Naxçıvana uçuşları bərpa edir

Türkiyənin "Türk Hava Yolları" şirkəti mayın 15-dən etibarən İstanbuldan Gəncə və Naxçıvana uçuşları bərpa etməyi planlaşdırır.

Bunu SİA şirkətin Azərbaycandakı nümayəndəsi İlyas Seyfulla deyib.

Onun sözlərinə görə, İstanbul-Gəncə-Naxçıvan reysi həftədə iki dəfə, çərşənbə axşamı və şənbə günləri həyata keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə