Prezidentimizin tarixi xidmətlərini qədirbilən xalqımız heç vaxt unutmayacaq

Bu həqiqətən də illər böyu sınanmış deyimdir ki, hər bir dövlət xadiminin, tarixi şəxsiyyətin real gücü, qüdrəti tarixin ən ağır, ən çətin dönəmlərində üzə çıxır. İndi dünyanın bir çox böyük dövlətlərinin belə dünyanı ağuşuna alan koronavirus pandemiyasının ağır fəsadları qarşısında zəif, naəlaac qaldığı bir məqamda Azərbaycanda Prezident İlham Əliyevin müdrik liderliyi ilə bu təhlükənin önlənməsi, xüsusilə də əhalinin sağlamlığının qorunması üçün ardıcıl, düşünülmüş addımlar atılır. Nəticədə göz qabağındadır. Belə ki, ndiki son dərəcə narahat, taleyüklü bir dönəmdə ölkəmizə Prezident İlham Əliyev kimi müdrik siyasətçi, görkəmli dövlət xadimi rəhbərlik edir. Və məhz dövlət başçımızın ardıcıl siyasəti nəticəsində Azərbaycan xalqı və dövləti, bəlkə də, son yüzilin ən ağır sınağından uğurla, zəfərlə çıxmaq üzrədir. Təhlükənin ilk anından “Biz birlikdə güclüyük” deyə bəyan edən və dövlətin bütün resurslarını səfərbər etməyi bacaran cənab Prezidentin tarixi xidmətləri nə qədirbilən xalqımız unudacaq, nə də əlahəzrət zaman.

Azərbaycan dövləti heç bir vaxt hər hansı böyük dövlət və ya beynəlxalq təşkilatın diqtəsi ilə hərəkət etmir

Çünki Azərbacan Prezidentinin sözü ilə əməli birdir. Məhz bunun nəticəsidir ki, Prezident İlham Əliyev hakimiyyətdə olduğu son 17 il ərzində bu, Azərbaycanın siyasi sabitliyində, iqtisadi gücündə, sosial rifahında, güclü ordusunda və uğurlu xarici siyasətində öz təsdiqini tapır. Və təsadüfi deyildir ki, hər gün minlərlə soydaşımız Prezidentimizə ünvanladığı yüzlələr minnətdarlıq məktublarında da bunu bir daha vurğulayırlar və öz rəhbərləri ilə fəxr, qürur hissi keçirdiklərini bildirirlər. Dövlət başçısı dəfələrlə bəyan edir ki, bütün imkan, potensial və resurslarımızdan istifadə edib dünyanı ağuşuna alan bu pandemiyadan şərəflə çıxacağıq. Ancaq bir şərtlə…

Hər kəs özündə sosial məsuliyyət hiss etməlidir

Lakin bəzi vətəndaşlarımızın karantin rejiminə əməl etməməsi yüksək yoluxma faktlarının artıdığını göstərir. Elə bu səbədən də, xüsusi karantin rejimi iyulun 4 iyul saat 00:00-dan 20 iyul saat 06:00-dək uzadılması dövlətimizin vətəndaşlarının sağlamlığının ən vacib olmasının göstəricisidir. Onu da vurğulamaq istərdim ki, bu gün həqiqətən də, həmrəyliyimiz və birliyimiz heç zaman olmadığı qədər ən yüksək səviyyədədir. Məhz xalq-prezident birliyi və ülviyyəti də bu böyük sınaq zamanında möhkəmlik yolunu şərəflə keçir. Heç bir daxili və xarici qüvvə bu vəhdəti poza bilməz. Çünki arxasında xalqı dayanan Prezident yenilməzdir. Ona görə də, bütün vətəndaşlarımız məsuliyyətli davranmalı, «Evdə qal» prinsipinə əməl ounmaqla digər insanların da bu təhlükədən yayınmasına nail olmalıyıq. Bu gün dövlət lazımi tədbir gördüyü bir anda, əhali də təmkinli olmalı, xüsusi karantin rejiminə əməl etməlidir. Çünki indiki situasiya təkcə dövlət orqanları qarşısında deyil, hər bir vətəndaş qarşısında ciddi məsuliyyət müəyyənləşdirir. Anlamaq lazımdır ki, koronavirusla bağlı situasiya hökumətin tam nəzarətindədir və bütün atılan addımlar Azərbaycan vətəndaşlarının sağlamlığı və təhlükəsizliyi üçündür!

Dövlət başçımız İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva çıxışlarında da dəfələrlə bildirib ki, hər bir vətəndaş xüsui karantin rejiminə əməl etməli, məsuliyyətli olmalı, öz şəxsi gigiyenasına fikir verməlidir.

"Əgər kimsə xalqımıza, dövlətimizə düşmənçilik edirsə, onun bir adı var - düşmən. Hər kəs bunları belə də çağırmalıdır"

Lakin təəsüf doğuran odur ki, bu gün özünü «müxalifətçiyəm» deyən riyakar, satqın və xalqın düşməni olan elə bu viruslar öz çirkin əməllərindən əl çəkməyərək dövlətin apardığı düşünülmüş uğurlu işlərə ləkə yağdırmaqla, həqiqətən də xalqa düşmən olduqlarını nümayiş etdirirlər. Lakin onların söylədikləri böhtanlar xalqımız tərəfindən qəbul edilmir və dövlət başçısına ünvanlanan yüzlərlə məktublar - öz liderinə inam və dəstəyin göstəricisidir. Atalar demiş: “Elin gözü tərəzidir”. Kimin kim olduğu el gözündə daha yaxşı görünür. Kimin nə deməsi və necə qiymətləndirməsi də bu tərəzini poza bilməz.

Ancaq Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın əhalinin pandemiyadan qorunması üçün atdıqları addımlar, həyata keçirdikləri siyasət, etdikləri müraciətlər koronavirusun Azərbaycanda yayılmasının qarşısını almaqdadır. Dövlət başçısı koronavirus başlayandan çıxışlarında radikal müxalifətin çirkin niyyətinə də aydınlıq gətirərək, onları xalqa düşmən qüvvə adlandırıb: "Bu düşərgədə cəmləşən insanlar uzun illərdir iqtidara qarşı yox, dövlətimizə, xalqımıza qarşı çirkin mübarizə aparırlar. Onların əsas məqsədi vəziyyəti gərginləşdirməkdir. Ölkəmiz üçün, xalqımız üçün nə qədər pisdirsə, onlar üçün o qədər yaxşıdır. Onların fəaliyyətinin tarixi də bunu göstərir. Biz bu tarixi yaddan çıxarmamışıq…"

Dövlət başçısı bildirib ki, bu çirkin niyyətli radikal müxalifət xalqın düşmənidir ki, ölənlərin sayının artmasını arzulayırlar, xəstələrin sayının artmasını istəyirlər, sevinirlər ki, insanlar vəfat edir. Dövlət başçısı bununla bağlı demişdir: "Yəni, bu, iqtidara qarşı deyil, dövlətə qarşı düşmənçilikdir. Mən hər şeyi öz adı ilə çağırıram. Əgər kimsə xalqımıza, dövlətimizə düşmənçilik edirsə, onun bir adı var - düşmən. Hər kəs bunları belə də çağırmalıdır. Bunların indiki arzuları da gözlərində qalacaq. Sözüm onda deyil, sözüm ondadır ki, siyasi islahatlar bu gün tam yeni bir konfiqurasiya yaradır. Əminəm ki, marginal qruplaşmaya yeni konfiqurasiyada yer yoxdur və olmamalıdır. Azərbaycan xalqı onları 27 il bundan əvvəl tarixin zibilxanasına atıbdır".

Bir sözlə, bu gün bu uğurlu siyasətə qara yaxmağa çalışan, yalan və manipuliyasiyalarla insanların fikirlərini dəyişdirməyə can atan məkrli xarici qüvvələri və nüfuzdan düşmüş radikal müxalifətin anti-Azərbaycan təbliğatı mənasız və əsassızdır. Çünki bütün bunları xalqımız görür və öz Prezidentinin yanındadır. Məhz buna görə son günlərdə Prezidentin saytında oxuya biləcəyimiz məktublarda insanlar böyük səmimiyyətlə və ürəkdən gələn sözlərlə dövlətin həqiqətən xalqla birlikdə olduğunu deyir. Və “Biz birlikdə güclüyük” deyə bəyan edən Azərbaycan Prezidentin tarixi xidmətlərini qədirbilən xalqımız nə unudacaq, nə də əlahəzrət zaman. Çünki Azərbaycan Prezidentinin fəaliyyətinin əsas qayəsi xalqa və dövlətə sədaqətli, layiqli xidmət prinsipi üzərində qurulmuşdur.

KAMİL MİRZƏYEV,

YAP Biləsuvar rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə