"1 saylı körpələr evi ilə bağlı yayılan görüntülər təhrif edilib" RƏSMİ
Səhiyyə Nazirliyi Bakı şəhəri Baş Səhiyyə İdarəsinin tabeliyində olan 1 saylı körpələr evi ilə bağlı yayılan görüntülərə münasibət bildirib. SİA-nın məlumatına görə, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova qeyd edib ki, aparılan araşdırmanın nəticəsinə görə, görüntülər təhrif edilmiş formada ictimaiyyətə təqdim edilib.
Onun sözlərinə görə, görüntülərdən aydın olur ki, körpələr evindən ərzaq deyil, istifadə olunmuş yataq dəstləri yuyulmaq üçün maşına yüklənilib: "Uşaq bezləri məsələsinə gəldikdə, oradan 0-1 ölçülü bezlər 3-4 ölçülü bezlərlə dəyişdirilməsi üçün aparılıb".
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB