Dövlət qulluğuna qəbul qaydaları dəyişdirilir

Azərbaycanda dövlət qulluğuna qəbulla bağlı qaydalar və şərtlər dəyişdirilir. Milli Məclisdən bildirilib ki, Azərbaycan prezidenti qanunun 28-ci (Dövlət qulluğuna qəbul) maddəsinin dəyişdirilməsi ilə bağlı təqdimat verib.

Nəzərdə tutulan dəyişikliyə əsasən, dövlət qulluğuna qəbulla bağlı aparılan müsabiqə test imtahanından ibarət olacaq. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq, dövlət qulluğuna qəbul üçün rübdə bir dəfədən az olmayaraq, test imtahanları təşkil edəcək. Test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirilmənin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edəcək.

Yeni redaksiyada verilən maddədə daha bir neçə dəyişiklik nəzərdə tutulub. Layihə Milli Məclisə təqdim olunub və növbəti iclasda müzakirəyə çıxarılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...