\"Salatın Əsgərova 85 - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi\"

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində nazir müavini Natiq Məmmədovun iştirakı ilə Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon "Salatın Əsgərova 85 - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi" ilk partiya təşkilatının növbəti toplantısı keçirilib. SİA-nın xəbərinə görə, nazirliyin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin sektor müdiri, YAP-ın Yasamal rayon "Salatın Əsgərova 85" ilk partiya təşkilatının sədri İsgəndər Mustafayev YAP-ın yaranma tarixindən, Azərbaycanın bugünkü ictimai-siyasi həyatındakı rolundan danışıb.

Qeyd edilib ki, partiyanın təməl prinsiplərindən olan Azərbaycançılıq, dövlətçilik, qanunçuluq və sosial ədalət Azərbaycan dövlətinin əsaslandığı əsas ideoloji prinsiplərdir. Azərbaycan cəmiyyətinə və siyasətinə sivil mübarizə nümunəsi gətirən YAP dövlətçilik maraqlarını qrup mənafelərindən azad edərək və respublikanın intellektual potensialını təmərküzləşdirərək Azərbaycanı vahid gücə çevirməyi bacardı. Zaman etibarilə partiyanın mövqeyi bir daha sübut etdi ki, YAP hələ uzun müddət ölkənin ictimai-siyasi həyatında öz hakim mövqeyini qoruyub saxlayacaq.

Toplantıda nazir müavini Natiq Məmmədov, nazirliyin Aparat rəhbəri Elnur Kələntərov və İsgəndər Mustafayev tərəfindən 29 nəfər nazirlik əməkdaşına partiyanın üzvlük vəsiqəsi təqdim olunub. Nazirliyin daha 11 əməkdaşı isə ərizələri əsasında partiyaya üzv qəbul edilib. Bununla da YAP-a üzv olan nazirlik əməkdaşlarının sayı 82 nəfərə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...