Kənd Təsərrüfatı Nazirliyi bölgələrdə iyul ayı üzrə vətəndaş qəbulu qrafikini açıqlayıb
Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin iyul ayında bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən SİA-ya bildirilib ki, qəbul zamanı vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılır, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülür.
Vətəndaş qəbulu qrafikdə nəzərdə tutulmuş rayonun Dövlət Aqrar İnkişaf Mərkəzində keçirilir. Vətəndaş qəbulunda iştirak etmək istəyən şəxslər Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzinə (1652) zəng etməklə qeydiyyatdan keçə bilərlər. Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB