Yeni ilin gəlişinə artıq sayılı günlər qalıb. Demək olar ki, hamı bayram hazırlıqlarına başlayıb. Yeni il ərəfəsində ağıla ilk gələn suallardan biri də Yeni ili kimin harada keçirəcəyidir. SİA bununla bağlı şəhər əhalisi arasında sorğu keçirib. Sorğu nəticəsində məlum olub ki, sən demə şəhər əhalisinin əksəriyyəti Yeni ili evdə keçirməyi planlaşdırır.
Şəhər sakini Səidə Məmmədova: “Yeni ili evdə keçirməyi planlaşdırıram. Hər il olduğu kimi övladlarım və nəvələrimlə bir yerdə Yeni ili qarşılayacam”.
Şəhər sakini Firuz Əliyev: “Yeni ili evdə keçirəcəm. Axşam isə nəvələrimlə gəzməyə gedəcəyik. Mənim üçün ən yaxşı bayram odur”.
Şəhər sakini Ağabala Qulamov: “Mən Yeni ili evdə ailəmlə keçirəcəm. Onlarla olmaq mənim üçün elə bayramdır”.
Şəhər sakini İbrahim Aqar: “İşlərimiz ilə əlaqədar Bakıya gəlmişik. Yeni ili də elə burada qarşılamağı düşünürük. Azərbaycan bizim ikinci vətənimizdir”.
Şəhər sakini Asif Əliyev: “Artıq 7 ildir ki, Yeni ili işdə qeyd edirəm. Restoranların birində fəaliyyət göstərirəm. Yeni ildə də xalqa xidmət edəcəyik. Əvvəlcədən hamının bayramını təbrik edirəm”.
Şəhər sakini Qüdrət Allahverdiyev: “Mən də hər il olduğu kimi bu ildə Yeni ili evdə qeyd edəcəyəm. Restoran qiymətləri kifayət qədər bahadır. Əksər insanlar Yeni ili restoranlarda qeyd edə bilmir”.
Şəhər sakini Elsəvər Quliyev: "Mən əslən Qəbələdənəm. Valideynlərim orda yaşayır. Hər il Qəbələyə gedib, Yeni ili orada valideynlərimlə qeyd edirəm. Bu il də Qəbələdə olacam".
Bütün xəbərlər Facebook səhifəmizdə